Ərəbistan Kralı Abdullah adına Elmi-Texnoloji Universitetinin alimləri müəyyən ediblər ki, təxminən 6,2 milyon il əvvəl Qırmızı dəniz tamamilə quruyub və daha sonra Hind Okeanının suları ilə birdən-birə dolub.
Seysmi vizualizasiya, mikrofosil analizi və geokimyəvi tarixləndirmə üsullarından istifadə edən tədqiqatçılar qeyd ediblər ki, bu dramatik dəyişikliklər təxminən 100 min il ərzində baş verib — geoloji hadisələr üçün olduqca qısa müddət.
//Samir Qurbanov, Editor.az

