Alimlərdən xəbərdarlıq: Avropanı yeni buzlaşma dövrü gözləyə bilərbackend

Alimlərdən xəbərdarlıq: Avropanı yeni buzlaşma dövrü gözləyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa iqlimi ilə bağlı alimlər ciddi xəbərdarlıq ediblər. Science Advances jurnalında dərc olunan yeni araşdırmaya görə, Şimal Atlantik okeanında müşahidə edilən anomaliyalar qlobal iqlim sistemində təhlükəli dəyişikliklərə səbəb ola bilər.

Editor.az xəbər verir ki, tədqiqatçılar bildirirlər ki, Avropa və Şimali Amerikanın şərq sahillərində temperatur balansını qoruyan okean sularının böyük dövriyyə sistemi zəifləməyə başlayıb. Bu proses iqlim tənzimlənməsini pozaraq bölgədə uzunmüddətli soyuma dövrünün başlanğıcını qoymaq potensialına malikdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam edərsə, Avropanı növbəti onilliklərdə “mini buzlaşma dövrü” adlandırılan soyuq iqlim mərhələsi gözləyə bilər.

//Samir Qurbanov, Editor.az