Alimpaşa Məmmədovun “sağ əli” bu işini də itirdi – FOTObackend

Alimpaşa Məmmədovun “sağ əli” bu işini də itirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb. Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib. Daha sonra isə Q. Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.

  •  
  • Publika.az