Allahşükür Paşazadə BƏƏ-yə gedibbackend

Allahşükür Paşazadə BƏƏ-yə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşür.

Bu barədə QMİ-dən xəbər verilib.

Bildirilib ki, səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti ideyalarının yeni səviyyəyə yüksəldilməsini əhatə edir.

QMİ sədri mötəbər beynəlxalq konfransın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcəkdir. Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın tanınmış, nüfuzlu iştirakçıları ilə görüşlər nəzərdə tutulur.