Alleqri “Yuventus”dan gedir – Qərar verildibackend

Alleqri “Yuventus”dan gedir – Qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubunu tərk edəcək.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu barədə “Sport Mediaset” məlumat yayıb. Bildirilir ki, klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı bu qərar verilib.

Nəşr yazıb ki, italiyalı mütəxəssis PSJ-yə keçməyi planlaşdırır. Onu “Yuventus”da Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, M.Alleqri 2014-cü ildən İtaliya təmsilçisini çalışdırır. Onun komandası bu mövsüm ölkə çempionluğunu təmin edib. “Yuventus” Çempionlar Liqasında isə 1/4 final mərhələsində “Ayaks”a uduzaraq mübarizəni dayandırıb.