Almaniya üçün Alternativ Partiyasının (AfD) üzvü Yevgeni Şmidt bəyan edib ki, Avropa qitəsində təhlükəsizliyin təmini yalnız Rusiyanın birgə səyləri və iştirakı ilə mümkün ola bilər.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Qlobal təhlükəsizliyin dialoq olmadan əldə edilə bilməyəcəyini deyən Şmidt, Avropa liderlərinin Ukraynaya qoşun yeritmə ehtimalını nəzərdən keçirməsinin gərginliyi artıracağına, bunun da mövcud münaqişəni uzada biləcəyinə və qitəni iki yerə bölə biləcəyinə diqqət çəkib və deyib: “Biz təcili olaraq münaqişədən uzaqlaşmalıyıq. Almaniya onilliklər ərzində yürütdüyü danışıqlar və vasitəçilik siyasətinə qayıtmalıdır. Əgər Berlin və Moskva yaxşı münasibətləri davam etdirsələr, bu, Almaniya, Rusiya və bütün Avropa üçün yaxşı olacaq”.
//Gülnarə Abasova, Editor.az

