Alman əsgərlərinin Litvaya göndərilməsi Rusiya üçün təhlükə yaradır – Rusiya prezidentinin mətbuat katibibackend

Alman əsgərlərinin Litvaya göndərilməsi Rusiya üçün təhlükə yaradır – Rusiya prezidentinin mətbuat katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman əsgərlərinin Litvaya göndərilməsi Rusiya üçün təhlükə yaradır və sərhəddə gərginliyi artırır.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu hərəkətlər Rusiyanın xüsusi təhlükəsizlik tədbirləri görməsini tələb edir: “Bu, gərginliyi artırmağa davam edir, sərhədlərimizdə təhlükə ocağı yaradır və bizdən öz təhlükəsizliyimizi təmin etmək üçün xüsusi tədbirlər görməyi tələb edir”, – deyə Peskov jurnalistin Litvada alman hərbçilərinin yerləşdirilməsinə münasibət bildirmək xahişinə cavab verib.

Bu gün, aprelin 8-də Almaniyanın müdafiə naziri Boris Pistorius təntənəli şəkildə 20 hərbi qulluqçudan ibarət ilk kontingenti Litvaya göndərib.

//Samir Qurbanov, Editor.az