Alman kəşfiyyatının xəbəri olmayıb – kansler Qlaf Şolzbackend

Alman kəşfiyyatının xəbəri olmayıb – kansler Qlaf Şolz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman kəşfiyyatının Rusiya Federasiyasında terror aktlarının baş verə biləcəyindən xəbəri olmayıb.

Editor.az bildirir ki, bu sözləri Almaniya kansleri Qlaf Şolz deyib: “Xeyr, amma Amerika kəşfiyyat xidmətlərinin məlumatı var idi” – Şolz qeyd edib. Bundan əvvəl FSB direktoru Aleksandr Bortnikov Moskvanın Vaşinqtondan mümkün terror aktları ilə bağlı məlumat aldığını təsdiqləyib. Lakin bu, ümumi xarakter daşıyıb və mütəxəssislər buna uyğun olaraq reaksiya veriblər.

Xatırladaq ki, “Crocus City Hall” ərazisində terror aktı martın 22-də baş verib. Silahlılar konsert salonuna daxil olaraq insanlara atəş açıblar. Atışmadan sonra onlar binanı yandıraraq hadisə yerindən qaçıblar. Hazırda qurbanların siyahısı 143 nəfərdən ibarətdir.

//Samir Qurbanov, Editor.az