Alman mediası: İsrail beş cəbhədə münaqişə riski ilə qarşı-qarşıyabackend

Alman mediası: İsrail beş cəbhədə münaqişə riski ilə qarşı-qarşıya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə yerləşən təhlükəsizlik və risklərin idarə edilməsi üzrə məsləhət mərkəzi olan Le Beck-in ekspertləri İsrailin beş cəbhədə silahlı münaqişə təhlükəsi ilə üzləşə biləcəyini proqnozlaşdırıblar.

Editor.az Almaniyanın “Bild” qəzetinin məlumatına istinadla xəbər verir ki, Le Beck ekspertləri İsrail ordusu ilə HƏMAS arasında qarşıdurmalardan əlavə Livandakı Hizbullah hərəkatının da İsrailə raket hücumları həyata keçirdiyinə diqqət çəkib.

HƏMAS və Hizbullahın Tehran tərəfindən dəstəkləndiyi bildirilərək İranın da münaqişəyə qoşula biləcəyi və bununla da üçüncü cəbhənin açıla biləcəyi qeyd edilib. Bildirilib ki, İordan çayının qərb sahilindəki fələstinli qruplar və Suriyadakı iranpərəst silahlı qruplar da dördüncü və beşinci cəbhə aça bilər.

//Gülnarə Abasova, Editor.az