Alman politoloq: Alman xalqı Rusiya ilə münaqişə ehtimalına inanmırbackend

Alman politoloq: Alman xalqı Rusiya ilə münaqişə ehtimalına inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ictimai rəy Rusiya ilə münaqişə ehtimalına inanmır.

Editor.az xəbər verir ki, bunu politoloq Aleksandr Rahr “Vzqlyad” qəzetinə müsahibəsində Almaniyada Rusiya Federasiyası ilə guya müharibə planı hazırlaması barədə “Bild” nəşrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məqalə Ukraynaya xarici hərbçilərin göndərilməsinin zəruriliyi ilə bağlı ictimai rəy hazırlaya bilər. Onlar Almaniyanı Ukraynaya maliyyə yardımının əsas donoru olmağa məcbur etmək istəyirlər.

Bild qəzeti Almaniya Federativ Respublikasının Rusiyaya qarşı müharibə planı hazırladığını təsvir edən Bundesverdən gizli sənəd aldığını iddia edir. Onun sözlərinə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. Rusiya Federasiyasının Suwalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun göndərəcəyi, NATO-nun isə şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcəyi iddia edilir.

//Gülnarə Abasova, Editor.az