“Almaniya Ukrayna ilə bağlı qəbul etdiyi qərarlar nəticəsində Rusiya ilə birbaşa qarşıdurma riskini artırır”
Editor.az xəbər verir ki, bu açıqlama ilə alman politoloq və jurnalist Patrik Baab çıxış edib.
Bu barədə o, “Deep Dive” YouTube kanalında yayımlanan proqramında danışıb.
Baabın sözlərinə görə, rəsmi Berlinin Ukraynaya dəstək siyasəti ölkəni tədricən Rusiya ilə açıq münaqişəyə doğru aparır. “Almaniya Ukrayna məsələsində atdığı addımlarla qarşıdurmanın alovlanması riskini özü üçün artırır,” – deyə o bildirib.
Politoloq bu siyasətin Almaniyanın milli təhlükəsizliyi üçün ciddi nəticələr doğura biləcəyinə də diqqət çəkib.
//Samir Qurbanov, Editor.az