Alman qadın özünə oxşayan qadını öldürərək özünü ölü kimi göstərməyə çalışıbbackend

Alman qadın özünə oxşayan qadını öldürərək özünü ölü kimi göstərməyə çalışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 23 yaşlı qadın öz ölümünü saxtalaşdırmağa çalışıb və hətta bunun üçün qətl hadisəsi də törədib. O, sosial şəbəkələrdə məqsədləri üçün kaskadyor axtarırmış.

Belə ki, Editor.az-ın hadisə ilə bağlı ” Sky News”a istinadla verdiyi məlumata görə, ötən ilin avqustunda Almaniyanın cənubundakı İnqolştadtda polis avtomobildə qanlı cəsəd tapıb. Əvvəlcə onun təcavüzkar olduğu düşünülsə də yarılmadan sonra həqiqət üzə çıxıb Qurban 23 yaşlı gözəllik blogeri olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, zərərçəkmiş və onun ilk dəfə səhv saldığı qadın heyrətamiz dərəcədə oxşardır. Daha sonra cinayətkar və onun dostu sui-qəsd ittihamı ilə saxlanılıb. Onların cinayətə ailə problemləri və gizlənmək istəyi ucbatından getdiyi güman edilir.

Polisin məlumatına görə, hücum edənlər bir neçə dəfə potensial qurbanlarla əlaqə saxlamağa cəhd ediblər, lakin yalnız qurban razılaşıb – o, “kosmetik təklif”lə aldadılıb. Saxta adlar altında hərəkət edən cinayətkarlar mərhumu meşəyə aparıb və orada bıçaqlayaraq öldürüblər. İndi onları ömürlük həbs gözləyir.

//Gülnarə Abasova, Editor.az