Almaniyanın “Deutschlandfunk” radiosu Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyi ilə bağlı fikirlərini bölüşən dinləyicilərdən birini efirə verib.
Editor.az “Frankfurter Allgemeine Zeitung”ə istinadən xəbər verir ki, danışmaq hüququ əldə edən dinləyici sərsəm fikir irəli sürüb – Ukrayna prezidenti Volodimir Zelenskini sıradan çıxarılsın! “Ukraynada müharibəyə son qoymaq olduqca sadə ola bilər.
Zelenskini və onun cinayətkar və soyqırım dəstəsini həbs etməklə, onları diri-diri cərgələyib başlarını kəsməklə”, – spiker radioda deyib. Sosial şəbəkələrdə dinləyici və radionun redaktorlarına qarşı cinayət işinin başlanması ilə bağlı çağırışlar edilir.
Və hətta bu işi götürməyə hazır olan bir vəkil də tapılıb. Medianın yazdığı kimi, efirə çıxan bir cahilin şıltaqlığına görə radiostansiya cərimələnə bilər.
//Samir Qurbanov, Editor.az