Alman siyasətçi 2025-ci ildə müharibə riski ilə bağlı xəbərdarlıq edibbackend

Alman siyasətçi 2025-ci ildə müharibə riski ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada keçirilən seçkilərdə müharibə tərəfdarlarının qələbəsi ölkə üçün fəlakətli ola bilər.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya parlamentində “Almaniya üçün Alternativ” partiyasından olan deputat Karsten Hilse deyib. “Əgər siz müharibəni qızışdıran partiyalara səs versəniz, bu sizin son Milad bayramınız ola bilər”, – siyasətçi xəbərdarlıq edib.

Millət vəkili müharibənin davam etdirilməsi tərəfdarlarının uğur qazanacağı təqdirdə almanların növbəti Milad bayramını sığınacaqlarda keçirə biləcəyindən və onların yaxınlarının cəbhədən “sink tabutlarında” geri göndəriləcəyindən ehtiyatlandığını bildirib. Hilse müharibəni qızışdıranların eyni sığınacaqlarda, lakin lüks içində yaşayacaqlarına da diqqət çəkib. Onların uşaqları müharibədən təsirlənməyəcək, ancaq sizin övladlarınız cəbhəyə gedəcək.

//Gülnarə Abasova, Editor.az