Alman hava qüvvələri Rusiya təyyarələrini Baltik dənizi üzərindəki hava məkanında müşayiət etmək üçün havaya qaldırılıb.
Editor.az bildirir ki, bu barədə Almaniya ordusunun X sosial şəbəkəsində məlumat verilib. Rusiyanın “İl-20M” casus təyyarəsi Finlandiyanın Helsinki şəhərinin şərqində göründükdən sonra “Eurofighters” Meklenburq-Şərqi Pomeraniya bölgəsindəki Laage bazasından çıxarılıb.
“Uçuş planı olmayan Rusiyanın İl-20M təyyarəsi Helsinkinin cənub-şərqində aşkarlanıb. Missiya vizual təmasdan sonra heç bir insident yaşanmadan tamamlanıb”, – postda deyilir. Fransa Silahlı Qüvvələri X-də Rusiyanın kəşfiyyat təyyarəsini və onu müşayiət edən qırıcını əks etdirən videonu da dərc edib. Bildirilir ki, Fransanın “Mirage 2000-5” döyüş təyyarəsi də Rusiyanın “İl-20” təyyarəsini “tutmaq üçün” səmaya qalxıb. Fransa Hərbi Hava Qüvvələri bunun nə vaxt baş verdiyini və ya eyni təyyarə olub-olmadığını dəqiqləşdirməyib.
//Samir Qurbanov, Editor.az

