Almaniya 203-cü və 122-ci zirehli batalyonları Litvaya verəcəkbackend

Almaniya 203-cü və 122-ci zirehli batalyonları Litvaya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Litvadakı silahlı qüvvələrinin 42-ci Tank Briqadasını daimi olaraq formalaşdıracaq birliklər barədə qərar qəbul edib.

Editor.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 203-cü zirehli batalyon və 122-ci zirehli piyada batalyonu Litvaya veriləcək. Komanda və dəstək elementləri ilə yanaşı, briqada üç döyüş batalyonundan ibarət olacaq.

Bu qərarı Bundesver baş müfəttişinin təklifi ilə müdafiə naziri Boris Pistorius verib. Yeni batalyonlar lazımi infrastruktur yaradıldıqdan sonra Litvaya köçürüləcək.

//Samir Qurbanov, Editor.az