Almaniya 3 milyard avrodan çox silah alışına hazırlaşırbackend

Almaniya 3 milyard avrodan çox silah alışına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya qanunvericiləri Müdafiə Nazirliyinin 11 hərbi satınalma müqaviləsi üzrə 2,9 milyard avro (təxminən 3,4 milyard dollar) xərcləməsini təsdiqləməyə hazırlaşır.

Planlaşdırılan satınalmalar arasında dronlar, avtomatik tüfənglər və raket sistemləri var.

Müqavilələrin əksəriyyəti yerli istehsalçılarla bağlanacaq. Müdafiə Nazirliyi parlamentdən bu sifarişlərə, o cümlədən Heckler & Koch şirkətindən 250 000 ədəd G95 avtomatik tüfəngin 765 milyon avroya alınmasına icazə verməsini xahiş edib.

Qanunvericilərin bu satınalmaları gələn həftə keçiriləcək qapalı iclasda təsdiqləməsi gözlənilir.

//Samir Qurbanov, Editor.az