Almaniya ABŞ-dan 35 ədəd F-35 təyyarəsi alacaqbackend

Almaniya ABŞ-dan 35 ədəd F-35 təyyarəsi alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Rusiyanın Ukraynaya təcavüzündən sonra müdafiə sənayesinə investisiyaları artırmaq qərarına gəlib. Editor.az-ın “DPA” ya istinadən verdiyi məlumata görə alman ordusu 100 milyard avroluq yeni modernləşdirmə proqramı çərçivəsində hava qüvvələrini F-35 döyüş təyyarələri ilə təchiz etmək istəyir. Bu çərçivədə ABŞ-la danışıqlara başlayan Avropa nəhəngi 35 ədəd F-35 döyüş təyyarəsi almağı planlaşdırır.

İstehsalçı “Lockheed Martin”-dən alınan yeni “F-35” döyüş təyyarələri 1980-ci ildən Almaniya Hərbi Hava Qüvvələrində istifadə edilən və ABŞ-ın nüvə bombalarını daşıya bilən yeganə alman təyyarəsi olan Tornado döyüş təyyarələrini əvəz edəcək.

//Editor.az