Almaniya ABŞ-ın Krımı tanımasının nəticələrini müzakirə edibbackend

Almaniya ABŞ-ın Krımı tanımasının nəticələrini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Krımı Rusiya ərazisi kimi tanımaq niyyəti Şimali Atlantika alyansını parçalaya bilər.

Editor.az xəbər verir ki, bunu Almaniyanın “Berliner Zeitung” qəzeti yayıb.

“Alyansın tanınmaması ilə bağlı əvvəlki rəsmi mövqeyi (Krımın – redaktorun qeydi) ABŞ-ın yeni planlarına ziddir. NATO-nun qarşıdan gələn sammiti müdafiə xərcləri ilə bağlı olmalı idi – indi onun Ukrayna ilə bağlı açıq münaqişə arenasına çevrilməsi təhlükəsi var”, – bəyanatda deyilir.

Almaniya qəzeti yazır ki, Ukraynada münaqişənin həlli üçün sülh prosesinin başlanması fonunda Avropa İttifaqı özünü dalana dirəyib: “Brüssel ABŞ-a sadiq qalaraq Kiyevi dəstəkləməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az