Almaniya bu həftə “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya tədarük etmək qərarına gələ bilər.
Editor.az Almaniyanın N-tv telekanalına istinadla xəbər verir ki, bu fikri Bundestaqın deputatı Roderix Kisewetter deyib. Deputatın fikrincə, bu raketlər Krımda Rusiyanın təchizat xətlərinə güclü təsir göstərə bilər. O, Almaniyanın digər NATO tərəfdaşları kimi Ukrayna ilə bu silahların istifadəsi ilə bağlı razılığa gəlməsini tələb edir.
Telekanalın məlumatına görə, raketlərin uçuş məsafəsi 500 km-ə qədər azaldıla bilər. Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Almaniya hökuməti bir-iki həftə ərzində Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
//Gülnarə Abasova, Editor.az