Almaniya bu il ən çox türklər üçün çalışıbbackend

Almaniya bu il ən çox türklər üçün çalışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya bu il ailə birləşməsi üçün 124 625 viza verib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, vizaların çoxunun Türkiyədən gələn ailə üzvlərinə verilməsi diqqət çəkib.

Bu il Almaniyada “ailə birləşməsi” üçün təxminən 125 min viza verilib. Redaktionsnetzwerk Deutschland (RND) qəzetinin Xarici İşlər Nazirliyinin Sol Partiyanın parlament sualına verdiyi cavaba əsasən verdiyi xəbərə görə, bu rəqəm keçən illə müqayisədə çoxdur. 2022-ci ildə ailə birləşməsi vizalarının sayı 117 000 olub.

124 625 vizadan yalnız 10 570-i qaçqın kimi tanınan şəxslərin ailə üzvlərinə, 12 067-si əlavə müdafiə hüququ olan şəxslərə və 254-ü sığınacaq hüququna malik şəxslərə verilib. Bu vizaların əksəriyyəti suriyalı mühacirlərin ailə üzvlərinə verilib.

Almaniyada yaşayan qaçqın olmayan əcnəbi ailə üzvlərinə “ümumi ailə birləşməsi” üçün verilən vizaların sayı xeyli artıb. Verilən 101 734 vizanın 12 536-sı Türkiyədən gələn ailə üzvlərinə verilib.

Bu növ vizanın çoxunun Türkiyədən gələn ailə üzvlərinə verilməsi diqqət çəkib.

//Səbinə Hüseynli, Editor.az