Almaniya Bundestaqı Ukraynaya 187 “Leopard 1” döyüş tankının göndərilməsinə “yaşıl işıq yandırıb”, lakin…backend

Almaniya Bundestaqı Ukraynaya 187 “Leopard 1” döyüş tankının göndərilməsinə “yaşıl işıq yandırıb”, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundestaqı Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 187 “Leopard 1” döyüş tankının təmir edilib göndərilməsinə “yaşıl işıq yandırıb”.

Editor.az bildirir ki, bu barədə “Business Insider” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hökumət rəsmi qərarı çərşənbə axşamı dərc edəcək. Bununla belə, yaxın həftələrdə siyasətçilər köhnə texnikanın təmirinin maliyyələşdirilməsi məsələsini müzakirə edəcəklər.

Bundan əlavə, FRN-nin hökumət dairələrində hələ də ilk “Leopard 1”i bu ilin ortalarından tez olmamaqla Ukraynaya göndərə biləcəklərini söyləyirlər.

Bundan əlavə, 187 “Leopard 1”in hamısının döyüşə hazır olub-olmayacağı və ya çoxlu nəqliyyat vasitələrinin ehtiyat hissələri kimi istifadə edilməli olacağı da hələlik bəlli deyil.

//Samir Qurbanov,Editor.az