Almaniya Çini hərbi təyyarəsinə qarşı lazer hücumunda ittiham etdibackend

Almaniya Çini hərbi təyyarəsinə qarşı lazer hücumunda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Almaniyanın Xarici İşlər Nazirliyi Çinin Almaniya hərbi təyyarəsinə qarşı lazer silahından istifadə etdiyini bildirərək, Berlinə akkreditə olunmuş Çin səfirini nazirliyə çağırıb. Bu insident Avropa İttifaqının “Aspides” adlı əməliyyatı çərçivəsində Qırmızı dəniz üzərində baş verib.

The Guardian nəşrinin məlumatına görə, lazer hücumu Almaniya heyətinin təhlükəsizliyini risk altına atmaqla yanaşı, beynəlxalq missiyanın gedişatına da ciddi müdaxilə kimi qiymətləndirilib. Almaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yayımladığı açıqlamada bildirib:

“Almaniya heyətinə qarşı təhlükə və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir.”

Nəşr əlavə edir ki, Avropa rəsmiləri son zamanlar Çin tərəfinin kritik infrastruktur — xüsusilə də əsas dəniz yolları üzərində artan təsiri ilə bağlı narahatlıqlarını dəfələrlə dilə gətiriblər.

//Samir Qurbanov, Editor.az