Almaniya enerji sahəsində Seneqalla əməkdaşlıq etmək istəyirbackend

Almaniya enerji sahəsində Seneqalla əməkdaşlıq etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya bərpa olunan enerji sahəsində Seneqal ilə əməkdaşlıq etmək istəyir.

Editor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Afrika turnesinin ilk dayanacağı Seneqalda prezident Maki Salla ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Şolz vurğulayıb ki, Almaniya Ukraynadan Afrikaya taxıl ixracına yenidən başlatmaq üçün əlindən gələni edəcək. Seneqal prezidenti ölkəsinin Avropa bazarına LNG tədarükü üçün işləməyə hazır olduğunu dilə gətirib. Prezident LNG istehsalının gələn il 2,5 milyon, 2030-cu ildə isə 10 milyon tona çatacağını qeyd edib. Alman şirkətlərinin ölkəsindəki fəaliyyətini yüksək qiymətləndirən Sall Seneqalın qapısının hər kəsə açıq olduğunu xüsusi vurğulayıb.

//Gülnarə Abasova, Editor.az