Almaniya enerjiyə qənaət tədbirlərini təsdiqləyirbackend

Almaniya enerjiyə qənaət tədbirlərini təsdiqləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada hökumət qış mövsümü başlamazdan əvvəl ictimai binalarda istilik və işıqlandırmanı məhdudlaşdıran bir sıra enerjiyə qənaət tədbirlərini təsdiqləyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, hökumət həyata keçirəcək tədbirlərlə təbii qazdan istifadəni 2 faiz azaltmağı planlaşdırır. Almaniyanın iqtisadiyyat naziri Robert Habeck bu tədbirlərin iki il ərzində ev təsərrüfatları, şirkətlər və dövlət sektoru üçün 10,8 milyard avro daha az xərclənməsinə imkan yaradacağını açıqlayıb.

Tətbiqin əsas məqsədi Ukraynadakı müharibə səbəbindən çoxsaylı sanksiyalara məruz qalan Rusiyadan idxal olunan təbii qazdan asılılığı azaltmaqdır. Fevralın 24-də başlayan müharibədən əvvəl Almaniya təbii qaz ehtiyacının 55 faizini Rusiyadan alırdı. Bu nisbət yüzdə 35-ə düşüb, lakin Almaniya uzunmüddətli perspektivdə Rusiyadan təbii qaz idxal etməməkdə qərarlı olduğunu açıqladı.

Bu idxal həm də Rusiya üçün ciddi gəlir mənbəyidir. Müharibə başlayandan sonra ilk iki ayda Almaniya təbii qaz üçün Moskvaya 9 milyard avro ödəyib. Hökumətin təsdiq etdiyi plana əsasən sentyabr ayından xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq. Girişlərdə, dəhlizlərdə və gözləmə otaqlarında istilik tamamilə kəsiləcək. Dövlətə məxsus heykəllər və abidələr estetik qayğı ilə işıqlandırılmayacaq. Gecə saatlarında mağazaların işıqlandırılmasının qarşısı alınacaq.

Şəxsi hovuzların qızdırılması da qadağan edilə bilər. Dəmir yolu xətlərində kömür və mazut daşıyan qatarlara üstünlük veriləcək. Bu o deməkdir ki, sərnişinlər gözləyə bilər və ictimai nəqliyyat əvvəlki kimi punktual olmaya bilər.
Bir çox Avropa ölkəsi bu qış enerji istehlakını yüzdə 15 azaldacaqlarını açıqladı. Bu məhdudiyyət hələ məcburi olmasa da böhranın şiddətləndiyi təqdirdə məcburi hala salına bilər.

//Safura Bənnayeva, Editor.az