Almaniya Federal DİN: Türkiyə ilə Aİ arasında miqrasiya müqaviləsi yenilənməlidirbackend

Almaniya Federal DİN: Türkiyə ilə Aİ arasında miqrasiya müqaviləsi yenilənməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Federal Daxili İşlər naziri Nensi Faeser Türkiyə ilə Avropa İttifaqı arasında miqrasiya müqaviləsinin yenilənməsi lazım olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, o, Aİ Türkiyədəki qaçqınların qayğısına qalmaq üçün daha çox maliyyə dəstəyi verməyə hazır olduğunu bildirib.

Almaniyada ikili vətəndaşlığa yol açacağı gözlənilən islahatın əhəmiyyətinə toxunan Faeser, “Uzun müddətdir Almaniyada yaşayan insanlar nəhayət bu ölkənin bir parçası olacaq və bütün demokratik hüquqlara sahib olacaqlar. Ona görə də ikili vətəndaşlıq tətbiq olunacaq”,- deyə bildirib.

//Gülnarə Abasova, Editor.az