Almaniya Federal Prokuroru Rusiya fondlarından 720 milyonluq avronu dövlət xəzinəsinə köçürmək istəyirbackend

Almaniya Federal Prokuroru Rusiya fondlarından 720 milyonluq avronu dövlət xəzinəsinə köçürmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federal Prokuroru Peter Frank Rusiya fondlarından 720 milyon avrodan çox vəsaiti müsadirə edərək dövlət xəzinəsinə köçürmək istəyir.

Editor.az bildirir ki. bu barədə əvvəlcə “Spiegel” nəşri məlumat yayıb. Almaniya hələlik yalnız Aİ-nin sanksiyalar siyahısına daxil edilmiş Rusiya şirkətlərinin aktivlərini dondurub. Sanksiyalar fonunda fondlardan vəsaitlərin müsadirəsi hələ də baş verməyib. “Spiegel”in qeyd etdiyi kimi, Moskva birjasının böyük Amerika bankı J.P.

Morganın Almaniya filialında birjanın “törəmə”sinə məxsus pulları müsadirə edilə bilər. 2022-ci ilin iyununda NSD AB sanksiyalarına məruz qaldı və bu aktivlər dondurulub.

Spiegel-ə görə, NSD-nin sanksiyalara məruz qaldığı gün bank filialının rəhbərliyi bu aktivləri blokdan xilas etməyə çalışıb. Alman J.P. Morganın “törəmə”si Moskva Birjasının başqa bir törəmə şirkəti olan Milli Klirinq Korporasiyasının (NCC) “Commerzbank” hesabına 720 milyon avrodan çox vəsaitin köçürülməsi barədə əmr alıb. Lakin sanksiyalara görə transfer əngəllənib.

Almaniya Federal Hökuməti bildirib ki, 2022-ci ildə Almaniyada 5 milyard avrodan bir qədər az olan Rusiya aktivləri dondurulub. “Financial Times”ın istinad etdiyi Avropa Komissiyasının sənədinə əsasən, AB ölkələrində dondurulmuş Rusiya aktivlərinin 210 milyard avrosu tapılıb. Nəşrin məlumatına görə, aktivlərin 191 milyard avrosu “Euroclear”da, təxminən 19 milyard avrosu isə Fransada saxlanılır.

//Samir Qurbanov, Editor.az