Bundestaq Almaniyanın iki hərbi bazasında içməli suyun çirkləndirildiyi insidentinin Rusiyanın təxribat fəaliyyəti ilə bağlı ola biləcəyini istisna etmir.
Editor.az bildirir ki, bu barədə “Welt” yazıb. Bundestaqın parlament nəzarəti komitəsinin sədri Konstantin fon Notz Welt TV xəbər kanalına deyib: “Əlbəttə, bunun Rusiyanın təxribat əməliyyatı ola biləcəyinə dair şübhələr var”.
Onun sözlərinə görə, bu istintaq üçün “xüsusi işləyən nəzəriyyə”dir. Siyasətçi qeyd edib ki, əvvəlcə istintaqın nəticələrini gözləməli olacağıq, lakin heç bir şübhə yoxdur ki, belə bir şey mümkündür və “Rusiyanın belə hərəkətlər etmək üçün kifayət qədər, belə demək mümkünsə, həyasızlığı var”. Parlamentin müdafiə komitəsinin sədri Markus Faber də
Rusiya Federasiyasının mümkün iştirakı barədə danışıb. “İki kazarmada baş verən hadisələrin yaxınlığına görə güman etmək olar ki, düşmən agenti burada öz təxribat bacarıqlarını nümayiş etdirmək istəyib”, – Faber bildirib. Onun sözlərinə görə, indi bunda ən çox Rusiyanın prezidenti Vladimir Putin maraqlıdır.
//Samir Qurbanov, Editor.az

