Almaniya hökuməti ölkədəki beş Rusiya konsulluğundan dördünü bağlayacaqbackend

Almaniya hökuməti ölkədəki beş Rusiya konsulluğundan dördünü bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü Almaniya hökuməti Moskvanın Rusiyadakı alman məmurlarının sayını 350 nəfərlə məhdudlaşdırmaq qərarına cavab olaraq, ölkədəki beş Rusiya konsulluğundan dördünü bağlayaraq lisenziyalarını ləğv edəcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildiriblər. Məlumata görə, Rusiya hökumətinə hələlik Berlində səfirlik və bir baş konsulluq olmasına icazə veriləcək, lakin Almaniya qalan konsulluqların ilin sonuna qədər fəaliyyətini dayandıracağını gözləyir.

Eyni zamanda Almaniya Kalininqrad, Yekaterinburq və Novosibirskdəki öz konsulluqlarını da bağlayacaq, yalnız Almaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı konsulluğu fəaliyyətdə qalacaq. Almaniya Xarici İşlər Nazirliyi Moskvanı Rusiyada işləməyə icazə verilən məmurların sayına məhdudiyyətlər qoymaqla gərginliyi artırmaqda ittiham edib. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Bu əsassız qərar federal hökuməti Rusiyadakı mövcudluğunun bütün sahələrində çox əhəmiyyətli ixtisarlar etməyə məcbur edir”.

Qeyd edək ki, Moskvanın Rusiyadakı alman strukturlarının işçilərinin, o cümlədən Höte İnstitutunun müəllim və əməkdaşlarının sayına məhdudiyyətlər qoymasından sonra Almaniya Rusiyadakı nümayəndəliklərində çalışan onlarla əməkdaşını ixtisar etməyi planlaşdırır.

//Samir Qurbanov,Editor.az