Almaniya immiqrasiya siyasətində böyük dəyişikliklər planlaşdırırbackend

Almaniya immiqrasiya siyasətində böyük dəyişikliklər planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın immiqrasiya siyasətinə edilən dəyişikliklərdən sonra Almaniya vətəndaşlığı hazırda olduğu kimi üç il deyil, yalnız beş il ölkədə yaşayandan sonra əldə ediləcək.

“Reuters”in məlumatına görə, bu açıqlama ilə Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) sədri Fridrix Merz çıxış edib.

“Vətəndaşlığın alınması prosesi ən azı 5 il çəkəcək”, – o vurğulayıb.

Merz mart ayında bildirib ki, Xristian Demokrat İttifaqı (CDU) Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə immiqrasiya siyasətini sərtləşdirməyə razılaşıb.

Siyasi partiya lideri bildirib ki, tərəfdaşlar qeyri-leqal immiqrasiya ilə mübarizə üçün hüquqi vasitələrin sayını artırmağı və sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstandan olanlar da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmağı və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. Eyni zamanda bəzi mühacirlərə ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.

//Gülnarə Abasova, Editor.az