Almaniya kansleri Çin liderindən Ukrayna ilə bağlı nə xahiş edib?backend

Almaniya kansleri Çin liderindən Ukrayna ilə bağlı nə xahiş edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Pekinə rəsmi səfəri zamanı Çin sədri Si Cinpinlə Ukraynadakı vəziyyəti müzakirə edib. Kanslerin sözlərinə görə, o, Çin liderindən atəşkəs naminə Rusiyaya təsir göstərməsini istəyib: “Çinin sözü Rusiyada ağırlıq daşıyır.

Ona görə də mən Sədr Sidən Rusiyaya təsir göstərməsini xahiş etdim ki, Putin nəhayət ki, öz çılğın kampaniyasını dayandırsın, qoşunlarını çıxarsın və bu dəhşətli müharibəyə son qoysun”.

Editor.az xəbər verir ki, bu barəə Şolz X sosial şəbəkədə yazıb. Almaniya və Çin İsveçrənin təşkil etdiyi Ukrayna sammitini asanlaşdırmaq üçün səylərini koordinasiya edəcək. Sülh sammitinin iyunun 15-17-də keçirilməsi planlaşdırılır və orada 80-dən 100-ə qədər ölkənin iştirakı planlaşdırılır. Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi “sülh formulları”nın müzakirəsi planlaşdırılır.

Rusiyanın sammitdə iştirak ehtimalını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rədd edib. İsveçrənin xarici işlər naziri İqnazio Kasis bəyan edib ki, Rusiyasız Ukraynadakı münaqişənin sülh yolu ilə həlli mümkün deyil.

//Samir Qurbanov, Editor.az