Almaniya kansleri Olaf Şolz COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.
Editor.az bildirir ki, 65 yaşlı siyasətçi X sosial şəbəkəsindəki səhifəsində xəstəliyin yüngül keçdiyini və yaxın vaxtlarda yalnız ofisində işləyəcəyini açıqlayıb.
“Bu, şübhəsiz ki, məni sevindirən sürpriz deyil. Hazırkı COVID-19 testlərim iki xətt göstərir. Simptomlarıma əsasən, xəstəliyin yüngül gedişatını gözləyirəm və yalnız öz kabinetimdə işləməyi planlaşdırıram”, – mesajda deyilir.
Sabah, dekabrın 19-da Şolzun Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşü nəzərdə tutulmuşdu. Lakin Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebestreit AP-yə aydınlıq gətirdiyi kimi, Almaniya kanslerinin xəstəliyi səbəbindən cənab Fikonun səfəri ləğv edilməli olub. Xatırladaq ki, Olaf Scholz ilk dəfə 2022-ci ilin sentyabrında koronavirusa yoluxub. Daha sonra ofisdə bir müddət təcrid olunub və yüngül simptomlar keçirib.
//Samir Qurbanov, Editor.az

