Almaniya kansleri Olaf Şolz Kiyevə gəlibbackend

Almaniya kansleri Olaf Şolz Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz elan olunmamış səfərlə Kiyevə gəlib. Almaniyanın DPA agentliyi xəbər verir ki, o, Ukrayna paytaxtında prezident Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Bu, Şolzun Rusiya xüsusi əməliyyatının başlamasından sonra Kiyevə ikinci səfəridir – əvvəlki dəfə o, 2022-ci ilin iyununda gəlmişdi.

“Prezident Zelenski ilə görüşdə mən dekabrda göndərilməli olan 650 milyon avro dəyərində əlavə silah tədarükünü elan edəcəyəm” – deyə Olaf Şolz Kiyevə gəldikdən sonra bildirib.
Xatırladaq ki, noyabrın 29-da Olaf Şolz və Vladimir Zelenski telefon danışıqlarında Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının tədarükü məsələsini müzakirə ediblər. Almaniya kansleri Rusiya prezidenti Vladimir Putinlə noyabrın 15-də baş tutan telefon danışığının təfərrüatlarından da danışıb.

//Samir Qurbanov, Editor.az