Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə sərt danışıbbackend

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə sərt danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. 

Editor.az bildirir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib. Qeyd olunur ki, Şolz Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və Putini bunu dayandırmağa və işğalçı qoşunları Ukrayna ərazisindən çıxarmağa çağırıb.

Solz həmçinin Putini “ədalətli və davamlı sülhə nail olmaq məqsədi ilə” Ukrayna ilə danışıqlar aparmağa çağırıb və söhbətdə “Almaniyanın Ukraynanı sülh prosesində dəstəkləməkdə sarsılmaz qətiyyətini” vurğulayıb. Kanslerin sözlərinə görə, Almaniya “lazım olduğu müddətcə” Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiəsində dəstəkləyəcək. Putinə zəng etməzdən əvvəl Şolz əvvəlcə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və Putinlə söhbətdən sonra da bunu edəcək.

“Reuters”in məlumatına görə, Şolzun Putinlə söhbəti təxminən bir saat davam edib. Onlar sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışmışdılar. Kreml hələ ki, Putinlə Şolzun söhbətini şərh etməyib.

//Samir Qurbanov, Editor.az