Almaniya kansleri Şolts: “Ukrayna tezliklə NATO üzvü ola bilməz”backend

Almaniya kansleri Şolts: “Ukrayna tezliklə NATO üzvü ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın 30 ildə NATO-ya üzv olmayacağını proqnozlaşdırıb.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

“Qərarları bilirsiniz, bu yaxın gələcəkdə gözlənilmir. Bu, hətta yaxın 30 ildə belə olmaya bilər”,- deyə o bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin sentyabrında Ukraynanın sürətləndirilmiş prosedurla NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlamışdı. NATO-nun baş katibi Yens Stoltenberq silahlı münaqişə zamanı Ukraynanın alyansa tamhüquqlu üzvlüyünün mümkün olmadığını vurğulayıb. NATO Hərbi Komitəsinin sədri Rob Bauer ötən ilin martında Ukraynanın alyansa üzvlük məsələsinin həll olunduğunu, lakin “bunun nə vaxt baş verəcəyi və nəyin lazım olduğu” ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az