Almaniya kansleri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində uzun müddət qala biləcəyinə inanmırbackend

Almaniya kansleri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində uzun müddət qala biləcəyinə inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz hesab edir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində uzun müddət qalmayacaq.

Editor.az bildirir ki, o, bu barədə avqustun 21-də Moldovaya səfəri zamanı bildirib. Almaniya lideri qeyd edib ki, Ukrayna Kursk əməliyyatını müstəqil şəkildə hazırlayıb və planları barədə Berlinlə məsləhətləşməyib. İndi Almaniyada cəbhənin Kursk sektorunda vəziyyətin inkişafını “yaxından izləyirlər”.

“Bu, məkan və zaman baxımından çox məhdud bir əməliyyatdır, əlbəttə ki, bütün bunları yalnız zamanla qiymətləndirmək olar”, – Almaniya kansleri vurğulayıb. Eyni zamanda Solz əməliyyatda alman texnikasının istifadəsinə necə münasibət bəslədiyi sualını cavabsız qoyub. Lakin Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə əmin edib. Kansler əlavə edib ki, G7-nin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya kredit vermək üçün istifadə etmək planı “texniki cəhətdən mürəkkəb, lakin siyasi baxımdan aydındır” və Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artıracaq. “50 milyard dollar, milli səviyyədə ayrılan vəsaitlə birlikdə Ukraynaya bu günə qədər dəstək baxımından verilənlərdən daha çox olacaq”, – o vurğulayıb.

//Samir Qurbanov, Editor.az