Almaniya mediası: Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna ilə bağlı konfransa qatılmayacaqbackend

Almaniya mediası: Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna ilə bağlı konfransa qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı sülh konfransında Rusiyanın təmsil olunmayacağını əsas gətirərək iştirak etməyəcək.

Editor.az bu barədə Almaniya Mətbuat Agentliyinə (DPA) istinadla xəbər verir.

Xəbərdə Ukrayna prezidenti Volodimir Zelenskinin ötən şənbə günü Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin İsveçrədəki konfransdan sonra baş tuta biləcəyi də bildirilib. Səudiyyə Ərəbistanı hələ ki, İsveçrədə keçiriləcək konfransa qatılmamaq qərarını rəsmən açıqlamayıb.

//Gülnarə Abasova, Editor.az