Almaniya mətbuatı: Türkiyənin Rusiya ilə ticarəti ABŞ-ı hiddətləndirirbackend

Almaniya mətbuatı: Türkiyənin Rusiya ilə ticarəti ABŞ-ı hiddətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ticarət nazirinin müavini Akselrod Türkiyəyə ABŞ istehsalı olan hərbi texnikanın Rusiyaya göndərilməsi ilə bağlı xəbərdarlıq etdikdən sonra Almaniya mətbuatı da Vaşinqtonun bununla bağlı narahatlığına yer verib.

Almaniyada nəşr olunan Berliner Zeitung qəzeti ABŞ-ın Türkiyənin Rusiya ilə ticarətini davam etdirməsindən son dərəcə narahat olduğunu yazıb.

“Türkiyənin Rusiya ilə intensiv ticarəti ABŞ-ı hiddətləndirir” xəbəri yazılan məqalədə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Ankaranın Moskva ilə ticarətinin getdikcə artdığı vurğulanır. Qəzet Türkiyənin Rusiya ilə kommersiya əməkdaşlığına sadiqliyinin NATO daxilində yüksək gərginliyə səbəb ola biləcəyini vurğulayır.

Berliner Zeitung “Türkiyənin Rusiya ilə möhkəm ticari əlaqələri davam etdirmə qərarının iki NATO müttəfiqi (Türkiyə və ABŞ) arasındakı münasibətləri çətinliyə saldığını” qiymətləndirərək, Vaşinqtonun indiyədək bir çox türk şirkətləri ilə ticari əlaqələrə görə sanksiya tətbiq etdiyini xatırladıb.

//Gülnarə Abasova, Editor.az