Almaniya MN Rusiyanın NATO-ya mümkün hücumunun vaxtını açıqlayıbbackend

Almaniya MN Rusiyanın NATO-ya mümkün hücumunun vaxtını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2029-cu ildə NATO üzvü olan ölkələrdən birinə hücum edə bilər.

Editor.az xəbər verir ki, bu fikirləri Amerikanın “The Washington Post” qəzetində öz əksini tapmış Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib. Nazir mətbuat konfransında xəbərdarlıq edib ki, Rusiya Federasiyası 2029-cu ildən etibarən bir NATO ölkəsinə hərbi hücuma keçə biləcək.

Boris bildirib ki, beynəlxalq hərbi ekspertlərin qiymətləndirmələrinə görə, belə bir ehtimal Almaniya ordusunu güclənməyə məcbur edir. O, həmçinin Alman Ordusunun sıralarına daha çox kişi cəlb etmək də daxil olmaqla, Bundesver üçün yeni müdafiə strategiyasına başlayıb.

//Gülnarə Abasova, Editor.az