Almaniya hökuməti hər il ÜDM-in 2%-ni NATO-nun hərbi xərclərinə ayırmaq barədə qanuni öhdəlik götürməkdən imtina edib.
Editor.az “Reuters”ə istinadən bildirir ki, büdcə maliyyələşdirilməsi haqqında qanun layihəsində müvafiq bənd çıxarılıb. Bu addım Almaniyaya yaxın 5 ildə Alyansa xərcləri 2%-ə çatdırmaq barədə əvvəlki vədinə sadiq qalmağa imkan verəcək.
Bu ifadə Almaniya kansleri Olaf Şolzun Rusiyanın Ukraynaya hücumundan üç gün sonra verdiyi vəddən daha yumşaqdır. “Bundan sonra biz hər il ÜDM-in 2%-dən çoxunu müdafiəmizə sərmayə qoyacağıq” Solz demişdi.
Eyni zamanda, Almaniya hökumətinin nümayəndəsi qanun layihəsinin hər hansı təfərrüatını şərh etməkdən imtina edib. Bundesveri normal vəziyyətə gətirmək üçün ayrılan 100 milyard avro (101 milyard dollar) xüsusi fondun tükənməsindən sonra Berlinin hərbi xərclərini bu həddən yuxarı saxlayıb-saxlamayacağı bəlli deyil.
//Samir Qurbanov, Editor.az