Almaniya NATO-nun yeni baş katibi ilə Tramp arasında qarşıdurma olacağını açıqlayıbbackend

Almaniya NATO-nun yeni baş katibi ilə Tramp arasında qarşıdurma olacağını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun yeni baş katibi Mark Rutte antiRusiya siyasətini dəstəkləyir, çünki o, mahiyyətcə müstəqil siyasətçi deyil, hərbi-siyasi blokun “kuklası” kimi çıxış edir.

Editor.az xəbər verir ki, bunu Bavariya parlamentinin deputatı və hüquqşünas Ulrix Sinqer NSN-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ prezidentliyinə namizəd Donald Tramp hakimiyyətə gəlsə, onunla razılığa gələ bilməyəcək və Vaşinqtonun sülh təşəbbüslərinə müqavimət göstərə bilməyəcək.

Ekspert əlavə edib ki, Vaşinqton Ukraynaya maliyyə yardımından imtina edərsə, Kiyev münaqişəni davam etdirə bilməyəcək və sülhün bağlanmasına əl atmalı olacaq. O bəyan edib ki, son nəticədə hər şey ABŞ-dan asılıdır, çünki NATO Amerika hakimiyyətinin ritorikasına uyğun hərəkət edir.

//Gülnarə Abasova, Editor.az