Almaniya NATO-ya ehtiyatlı olmağı tövsiyə edibbackend

Almaniya NATO-ya ehtiyatlı olmağı tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesverinin baş inspektoru Karsten Breyer NATO-ya Rusiyanın Belarusda keçirəcəyi “Zapad-25” hərbi təlimləri fonunda təmkinli davranmağı tövsiyə edib.

Editor.az xəbər verir ki, Breyerin sözlərinə görə, alyansın Baltik dənizində planlaşdırdığı Quadriga-2025 təlimlərinin mərhələləri Rusiya manevrləri ilə eyni vaxtda keçiriləcək:

“Quadriga mərhələləri vaxt baxımından Belarusdakı Rusiya təlimləri ilə üst-üstə düşür. Bizim məqsədimiz qarşıdurmanı kəskinləşdirmək deyil, gərginliyi cilovlamaqdır”, – deyə Almaniya rəsmisi bildirib.

Xatırladaq ki, bundan əvvəl NATO-nun quru qoşunları üzrə komandanlıq qərargahı Rusiyaya yaxın sərhəd bölgəsində fəaliyyətə başlayıb.

//Samir Qurbanov, Editor.az