Almaniya: Ölkədə tənəzzül yoxdurbackend

Almaniya: Ölkədə tənəzzül yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya tənəzzül dövrünü yaşamır”.

Editor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı kansler Olaf Şoltsun şəxsi katibi Volfqanq Şmidt açıqlama verib.

“Biz tənəzzüldə deyilik. Əmək bazarı kifayət qədər sabitdir və real əmək haqqı yenidən yüksəlir. Bu il artımın şahidi olacağıq”, – hökumət rəsmisi bildirib.

Almaniya iqtisadiyyatı böhranlar səbəbindən dayanın. 2023-cü ilin sonunda ölkədə ÜDM 0,3% azalıb. Bir il əvvəl bu rəqəm 1,9% artım göstərmişdi.

Qeyd edək ki, dekabrın sonunda Almaniyanın 2026-cı ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı statusunu itirmək riski ilə üzləşdiyi bildirilmişdi. Bundan əvvəl Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri və İttifaq 90/Yaşıllar Partiyasının lideri Robert Habek Ukraynaya göstərilən yardımlar səbəbindən Almaniya iqtisadiyyatının kifayət qədər vəsait almadığını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az