ZDF exit-poll nəticələrinə istinadən yazır ki, Türingiya əyalətində keçirilən seçkilərdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 33,5% səslə qalib gəlib.
Bu federal ştatın parlamentinə seçkilərdə qələbə partiya üçün tarixdə ilk ola bilər. Sorğunun nəticələrinə görə ikinci yeri XDİ (24,5%), üçüncü yeri “Sara Vaqenknext İttifaqı” (14,5%) tutur.
Exit-poll nəticələrinə görə, “sollar” 11,5% səs toplayır. “Reuters” yazıb ki, AfD-nin Almaniyadakı əyalət seçkilərində mümkün qələbəsi 20-ci əsrin ortalarından bəri ifrat sağçı qüvvələr üçün ilkdir. INSA araşdırmasına görə, onlar Saksoniyada da lider ola bilərlər.
//Samir Qurbanov, Editor.az