Almaniya Polşaya təzminat ödəməyi rədd edirbackend

Almaniya Polşaya təzminat ödəməyi rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa 1939-1945-ci illər arasında nasist işğalı zamanı Adolf Hitlerin qoşunlarının qətlə yetirilməsi və məhv edilməsinə görə Berlindən 1,37 trilyon dollar təzminat tələb edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis danışıb. Onun sözlərinə görə, Almaniyanın Polşaya İkinci Dünya Müharibəsi təzminatlarını ödəməkdən imtina etməsi ikili standartların və Polşa xalqına qarşı hörmətsizliyin əlamətidir.

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, müharibə təzminatı məsələsi “qapalıdır” və Berlin bu məsələni yenidən müzakirə etmək niyyətində deyil. Mixaelis Almaniyanın mövqeyini yanlış hesab edir: “İkinci Dünya Müharibəsinin nəticələrinə görə Polşaya ödənilməmiş təzminat məsələsi mənəvi, siyasi və hüquqi baxımdan aydındır. Qarşıda bizi beynəlxalq kampaniya gözləyir, lakin mən əminəm ki, biz həm Polşa, həm də polşalılar üçün qalib gələcəyik”.

//Safura Bənnayeva, Editor.az