Almaniya qaçqınlar üçün ayırdığı büdcəni azaldacaqbackend

Almaniya qaçqınlar üçün ayırdığı büdcəni azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucuz rus enerji mənbələrinin sanksiyalar çərçivəsində rədd edilməsindən sonra inflyasiya nisbətlərinin 1974-cü ildən bəri ən yüksək həddə çatdığı Almaniyada qaçqınlara ayrılan büdcə yarıdan çox azalacaq.

Editor.az alman mətbuatının iki hökumət qaynağına əsaslanaraq verdiyi məlumata istinadla xəbər verir ki, qaçqınlara illərlə xərclənən xərclərdən sonra artan inflyasiyaya qarşı büdcənin kəsilməsi tədbirləri çərçivəsində ölkənin gələn il qaçqınlarla bağlı xərclərində böyük kəsimlər edəcəyi və qaçqınlar üçün ştatlara ayrılan büdcənin iki dəfə azaldılması nəzərdə tutulur.

Berlin hökumətin 2024-cü ildə qaçqınlar üçün federal əyalətlərə maksimum 1,7 milyard avro ayırmağı planlaşdırdığını qeyd edib və bu il bu rəqəmin 3,75 milyard avro olduğunu xatırladıb. Bundan əvvəl Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek ölkədəki bir çox bələdiyyələrin Almaniyaya gələn mühacirlərə artıq sığınacaq verə bilməyəcəyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az