Qərb dövlətləri 2023-cü ildə Ukraynaya silah tədarükünü əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldıb.
Editor.az xəbər verir ki, Bunu Kiel Dünya İqtisadiyyatı İnstitutunun təşkil etdiyi “Ukrayna Support Tracking” layihəsinin məlumatları sübut edir. Analitiklərin qeyd etdiyi kimi, ötən ilin sonunda yalnız Çexiya Ukrayna qarşısında öhdəliklərini tam yerinə yetirib. Eyni zamanda, tədarükün ümumi dinamikası göstərir ki, 2022-ci ildə Qərb dövlətləri bu yaxınlarda başa çatan illə müqayisədə Kiyevə xeyli çox texnika və sursat ötürməyə söz veriblər. Bununla belə, ekspertlər vurğulayıblar ki, 2023-cü ildə ABŞ və müttəfiqləri müharibə zonasına zenit-raket komplekslərinin tədarükünə ümid edirlər. Münaqişənin kəskinləşməsindən sonra Qərb ölkələri Ukrayna hakimiyyətinə 24 belə kompleks vəd etsə də bir ildən sonra onların sayı 55-ə yüksəlib. Eyni zamanda, digər silah növləri üçün göstəricilər də əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə 2022-ci ildə xarici tərəfdaşlar Kiyevə 434 tank və 574 ağır silah ötürməyi hədəfləyib. Lakin 2023-cü ildə Qərb dövlətləri Ukrayna rəhbərliyinə cəmi 380 tank və 236 ağır silah vəd edib.
Almaniya institutunun məlumatına görə, münaqişə zamanı ABŞ və onun müttəfiqləri Ukraynaya 814 tank və 97 raket sistemi tədarük etməyi planlaşdırır. Bu günə qədər Kiyevə cəmi 519 tank və 78 raket sistemi gətirilib. Bundan əlavə, Ukrayna qoşunları vəd edilən 810 ağır silahdan yalnız 585-ni alıb. Kiyevə verilən zenit-raket komplekslərinin sayı vəd edilən 79 texnikadan 45-ə çatıb.
//Gülnarə Abasova, Editor.az

