Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, hakimiyyət hələ də Ukraynaya kömək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə qarşıdır.
Onun sözlərinə görə, Almaniya, yalnız bu fondlardan gələn gəlirlərin Ukraynaya verilməsi təşəbbüsünü dəstəkləyir: “Mövqemiz dəyişməz olaraq qalır: söhbət dondurulmuş aktivlərdən gələn gəlirdən gedir. Söhbət aktivlərin özündən getmir,” – Hebestreit bildirib.
Almaniya Maliyyə Nazirliyinin mətbuat katibi aydınlaşdırıb ki, mənfəətdən istifadəyə görə “Rusiya Mərkəzi Bankının aktivlərinin həcmi” dəyişməz olaraq qalır, bu isə “beynəlxalq hüququn əsas prinsiplərinin” qorunub saxlanması deməkdir. Almaniyada, 2024-cü ilin aprelinə olan məlumata görə, Rusiyanın 3,9 milyard avroluq aktivi dondurulub.
//Samir Qurbanov, Editor.az

