Almaniya: “Rusiya Buça qətliamına görə məsuliyyət daşıyır”backend

Almaniya: “Rusiya Buça qətliamına görə məsuliyyət daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Ukraynanın Buça şəhərində mülki şəxslərə qarşı törədilən soyqırımla bağlı bütün məsuliyyətin Rusiya ordusunun üzərinə düşdüyünü açıqlayıb.

Editor.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestrei Buça şəhərindəki görüntülərin Almaniyanın imkanları daxilində peyk vasitəsi ilə əldə olunduğunu bildirib.

“Əlimizdə olan etibarlı faktlar göstərir ki, Rusiya ordusu 7-30 mart tarixləri arasında bu bölgəyə yerləşdirilib. Rusiya Buça şəhərində insanların öldürülməsinə görə məsuliyyət daşıyır”.- deyə Hebestrei bildirib.

//Editor.az