Almaniya Rusiyadan qaz tədarükünə ehtiyacı olduğunu bildirirbackend

Almaniya Rusiyadan qaz tədarükünə ehtiyacı olduğunu bildirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundestaqın İqlim Mühafizəsi və Enerji Komitəsinin sədri Klaus Ernst bildirib ki, Almaniyanın enerji qiymətlərini aşağı salmaq üçün Rusiyadan qaz tədarükü lazımdır.

Editor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

Ernstin sözlərinə görə, anti-Rusiya sanksiyaları enerji daşıyıcılarının qiymətlərinin böyük artımına və Almaniya sənayesinin enerji tutumlu sektorunda istehsal həcminin azalmasına səbəb olub. Ernst əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar iqtisadiyyatı böyüyən Rusiyadan daha çox Almaniyaya ziyan vurur. Bu kontekstdə o, ölkə daxilində qiymətləri azaltmaq üçün Berlini Rusiyadan da daxil olmaqla enerji təchizatını artırmağa çağırıb.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Almaniyanın problemlərinə baxmayaraq Ukraynaya kömək edəcəyinə söz vermişdi. O əlavə edib ki, alman tərəfi xüsusilə minlərlə ukraynalı qaçqının qəbul edilməsinə görə ciddi təzyiqlərə məruz qalıb.

//Gülnarə Abasova, Editor.az